Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Norveç Arktikada Rusiya ilə münaqişəyə hazırlaşdığını açıqlayıb    

NATO ölkələri Rusiyanı Yüksək Şimalda saxlamalı və bu bölgədə müdafiə üçün heç bir xərci əsirgəməməlidir...

Poliqon xəbər verir ki, bu fikri "Welt" nəşrinə müsahibəsində Norveç Silahlı Qüvvələrinin (NATO-nun bir hissəsi) komandanı, general Eirik Kristoffersen deyib.

Generalın sözlərinə görə, uzun illərdir Rusiya Arktikada yenidən silahlanır, sovet dövründən qalma köhnə hərbi bazalarını bərpa edir və yeni bazalar açır ki, bu da dünyanın bu hissəsində hərbiləşmədən xəbər verir.

Kristoffersen izah edib ki, Rusiyanı cilovlamaq vəzifəsi uzun illərdir Norveç Silahlı Qüvvələrinin qarşısında duran hədəfdir və hələ də davam edir. Moskva qərara gəlsə ki, Qərb zəiflik nümayiş etdirir, ruslar bundan istifadə etməyə çalışacaqlar. Onun fikrincə, 2022-ci ildə ABŞ-la imzalanmış müdafiə sazişi belə ssenaridən yayınır: amerikalılar Norveçin müdafiə sektoruna sərmayə qoya və ölkədəki mövcud bazalardan silah və sursat ehtiyatlarını saxlamaq üçün istifadə edə bilərlər.

Eyni zamanda, Norveç NATO qoşunlarını öz ərazisində yerləşdirməyi planlaşdırmır - digər ölkələrin hərbi qulluqçuları təlimlərdə iştirak etmək üçün ölkəyə rotasiya əsasında gəlirlər və bu, kifayətdir. Norveçdə Amerika nüvə silahlarının yerləşdirilməsi də planları yoxdur.

Poliqon.info

 

 


Etiket: Norveç Rusiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar